“Azİz” beynəlxalq təşkilatlara müraciət etdi

“Azİz” beynəlxalq təşkilatlara müraciət etdi

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror hücumu ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Bu barədə AzerTimes-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bəyanatda yanvarın 27-də baş vermiş hadisə İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı kimi qiymətləndirilib, bu olayın məntiqə və insanlığa sığmadığı vurğulanıb.

Terror aktı nəticəsində həlak olan səfirlik əməkdaşına görə Azərbaycan xalqıa başsağlığı verən “Azİz” assosiasiyası dünya ictimaiyyətini və beynəlxalq təşkilatları regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, insanlıq əleyhinə cinayətlərin törədilməsinə qarşı mübarizə aparmağa, hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməyə çağırıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Teqlər: