“AzInTelecom”a yeni sədr təyinat olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsi Elxan Əzizova həvalə edilib.

Nazirlər Kabinetindən AzerTimes-a verilən məlumata görə, Elxan Əzizov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyi” ixtisası üzrə bakalavr, ABŞ-ın Corcia Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkil etdiyi MBA proqramı çərçivəsində “Biznesin idarəedilməsi” ixtisası üzrə magistr təhsili alıb.

O, müxtəlif beynəlxalq kursları, eləcə də “Global Innovation Catalyst LLC” (GIC) və Stenford Universitetinin birgə təşkil etdiyi “Biznesin idarəedilməsi” kursunu uğurla bitirib.
Nərimanov Rayon İcra Hakimiyyətində əmək fəaliyyətinə başlayan Elxan Əzizov, “Edumedia – Azərbaycan” şirkətinin baş direktoru, RİNN-in Məlumat Hesablama Mərkəzinin direktor müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, 22 dekabr 2021-ci il tarixində Məlumat Hesablama Mərkəzi “AzInTelecom” MMC-yə birləşdirilməklə “AzInTelecom” MMC yenidən təşkil edilib.

Teqlər: