“Azexport” portalına ixrac sifarişlərinin dəyəri 3 milyard dollara çatır

Bu ilin yanvar-aprel aylarında Azexport.az portalına 162,7 mln.
ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Trend
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac
İcmalı”na istinadən verdiyi məlumata görə, 2022-ci ilin aprel
ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri
isə 30,1 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin aprel ayında Azexport.az portalına edilən ixrac
sifarişlərinin tərkibində pambıq yağı, trufel göbələyi, pambıq
çiyidi, duz, konservləşdirilmiş heyvan əti, buğda unu, qarğıdalı,
fındıq, nar konsentratı, tibbi tənzif, kartof və s. məhsullar
üstünlük təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci
ilin 30 aprel tarixinə kimi (64 ay ərzində) Azexport.az portalına
dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,96
mlrd. ABŞ dolları təşkil edib.

Həmçinin, “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin aprel
ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata
keçirilən qeyri-neft ixracının dəyəri 27,4 mln. ABŞ dolları
olub.

Teqlər: