“Azexport” portalına daxil olan ixrac sifarişlərinin dəyəri 2,9 milyard dolları ötüb

2022-ci ilin yanvar-aprel aylarında “Azexport.az” portalına
162,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil
olub.


Trend
bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin “İxrac İcmalı”nın may sayına istinadən məlumat
verir.

2022-ci ilin aprel ayında “Azexport.az” portalına daxil olan
ixrac sifarişlərinin dəyəri isə 30,1 milyon ABŞ dolları təşkil
edib. 2022-ci ilin aprel ayında “Azexport.az “portalına edilən
ixrac sifarişlərinin tərkibində duz, kartof, buğda unu, qarğıdalı,
pambıq yağı və s. məhsullar üstünlük təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci
ilin 30 aprel tarixinə kimi (64 ay ərzində) Azexport.az portalına
dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri
2,966 milyard ABŞ dolları təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: