“AzerTelecom” Bakı Olimpiya Stadionunda keçirilmiş beynəlxalq əhəmiyyətli idman tədbirlərinin yayımlanması üçün “Eurovision Services”-ə stadion üzrə bağlantı xidməti təminatçısı olmaqdan böyük qürur hissi keçirir.
“AzerTelecom”un “Eurovision Services” üçün təqdim etdiyi bağlantı xidməti bu yaxınlarda Bakıda keçirilmiş dörd beynəlxalq futbol matçının canlı yayımlanması zamanı istifadə edilib. Şirkətin ən müasir telekommunikasiya xidmətləri yerli və beynəlxalq müştərilərə yüksək keyfiyyətli xidmət təmin etməklə ölkəmiz üçün böyük əhəmiyyətə malik müxtəlif tədbirlərin həyata keçirilməsinə imkan verib.
“AzerTelecom” şirkətinin Baş icraçı direktoru Ana Nakaşidzenin sözlərinə görə, “AzerTelecom” şirkəti artıq bir neçə ildir ki, beynəlxalq idman tədbirləri üçün bağlantı xidmətləri təminatçısı kimi çıxış edir.
“Heyətin hərtərəfli hazırlığı və əzmi bütün səviyyələrdə uğur qazanmağımıza imkan verir. “AzerTelecom” Bakıda keçirilən mühüm beynəlxalq idman tədbirlərində yüksək keyfiyyətli və dayanıqlı xidmətlərin göstərilməsi istiqamətində etibarlı tərəfdaş olduğunu sübut edib. Əldə etdiyimiz bu unikal təcrübəyə arxalanaraq növbəti illərdə yeni çağırışları və müvəffəqiyyəti gözləyirik” – deyə Ana Nakaşidze bildirib.
“Eurovision Services” şirkətinin Satınalmalar üzrə meneceri Nicolas Gillen bildirib ki, 2021-ci ilin yazında Bakıda stadion üzrə bağlantı xidmətinin təmin edilməsi üzrə layihənin icrasına başladığımız gündən “AzerTelecom” bütün ehtiyaclarımızın qarşılanması üçün çevik olmuşdur. Bütün heyət layihə boyu həssaslıq nümayiş etdirmişdır və biz onlarla çalışmaqdan böyük zövq almışıq.”
“AzerTelecom” haqqında: “AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.
“Eurovision Services” haqqında: “Eurovision Services” dünyada ən böyük hibrid peyk və fiber ötürücü şəbəkələrdən birinə malik olan və dünyanın ən böyük canlı idman tədbirləri üçün yayım həlləri təqdim edən aparıcı şirkətlərdən biridir. Biz qlobal transmissiya ilə bağlı ən vacib ehtiyacları qarşılamaq üçün müştəri istəklərinə uyğun hərtərəfli yayım (başdan sona- end-to-end) həllərin təqdim edilməsi üzrə ixtisaslaşmışıq.