“Azərsu”nun əməkdaşını döyən şəxsə cinayət işi başlandı

Xəbər - Samir Əli – Trend:

Abşeron rayonunda “Azərsu” ASC-nin əməkdaşı döyülüb.

Abşeron rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
fevralın 17-də “Azərsu” ASC-nin Abşeron rayon “Su-Kanal” İdarəsinin
əməkdaşı Elbrus Allahverdiyevə qarşı zor tətbiq olunması ilə bağlı
rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Abşeron rayonu Nübar qəsəbə sakini Müzəffər
Mahmudovun 2021-ci ilin iyul ayından istifadə etdiyi suyun
dəyərinin ödənilməsini ondan tələb edərək öz xidməti vəzifələrini
icra edən “Su-Kanal” İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə zor
tətbiq edib yüngül dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı
şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin
315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor
tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Teqlər: