Məlum olduğu kimi, dünya əhəmiyyətli, beynəlxalq layihə olan COP29-un başlamasına sayılı günlər qalıb.
COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı olan “Azərsun Holdinq”in hazırlıqları da yekunlaşmaq üzrədir.
Mavi zonada “Azerçay” markası ilə təmsil olunan şirkətlər qrupu həmçinin layihənin əsas çay təminatçısıdır.
Eyni zamanda Yaşıl zonada 300 kv.metrlik ərazini əhatə edən pavilyona sahibdir.
Vurğulamaq lazımdır ki, 11-22 noyabr tarixlərində keçiriləcək qlobal konfrans çərçivəsində şirkətlər qrupunun pavilyonunda müxtəlif tədbirlər keçiriləcək.
Hazırlıq işləri ilə tanış olmaq, görülən işləri nəzərdən keçirmək üçün holdinqin nümayəndələri və tərəfdaşları “Sustainera Solutions” şirkətinin və “Media Balans” agentliyinin rəhbərləri pavilyona baş çəkiblər.
Qeyd edək ki, “Azərsun Holdinq” öncəki illərdə də ölkəmizdə təşkil olunan bir çox qlobal layihələrin əsas tərəfdaşı qismində çıxış edib. Şirkət hər kəsi Yaşıl zonada yerləşən pavilyonu ziyarət etməyə dəvət edir.