Azərbaycanın qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan və Azərbaycanın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan “Azərsun Holdinq” Ramazan bayramı ilə əlaqədar sosial layihə həyata keçirib.
Bayram münasibətilə şirkətlər qrupu əməkdaşları Nizami Rayon İcra Hakimiyyəti ilə birgə sözügedən rayonda qeydiyyatda olan şəhid ailələləri və müharibə iştirakçıları, aztəminatlı ailələri ziyarət edib, öz istehsal etdiyi məhsullardan hazırlanmış bayram bağlaması hədiyyə edib.
Aksiya İmişli rayonu, Saray qəsəbəsi və Masazır, Novxanı kəndində də davam edib.
Yüzlərlə aztəminatlı, şəhid və qazı ailələri ziyarət olunub, bayram bağlaması hədiyyə edilib.
Fəaliyyəti dövründə müxtəlif dövlət qurumları və təşkilatlarla əməkdaşlıq edən “Azərsun Holdinq” bu dəfə “Asan Könüllüləri” təşkilatı ilə birgə Ramazan bayramı aksiyasını davam etdirib, yüzlərlə eyni kateqoriyadan olan ailələri bayram sovqatı ilə ziyarət olunub.