Azersun Holdinq şəkər tozu qıtlığı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

Azersun Holdinq müxtəlif mətbu orqanlarda yayımlanmış şəkər tozu
qıtlığı ilə bağlı xəbərlərə aydınlıq gətirib.

“Müxtəlif KİV tərəfindən yayımlanmış şəkər tozu qıtlığınn
yaranması barədə məlumatlara cavab olaraq bildirmək istəyirik ki,
regionun ən böyük şəkər istehsal müəssisəsi olan İmişli Şəkər
Zavodu tam gücü ilə fəaliyyətini davam etdirir. Kifayət qədər
xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam
edir.

Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə
təmin edilir. Yayılan xəbərlərin heç bir əsasının olmadığını
bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda
ajiotaja səbəb olmamağa çağırırıq”, – məlumatda deyilir.

Teqlər: