Xəbər - Sədrəddin Ağcayev – Trend:
“Azərsu” ASC su infrastrukturu üçün Avropa istehsalı olan avadanlığın alınmasında maraqlıdır.
Trend-in məlumatına görə, bunu “Azərsu” ASC sədrinin birinci müavini Teymur Cabbarov çərşənbə axşamı “Azərbaycanda su infrastrukturunun dayanıqlı inkişafı” adlı Azərbaycan-Almaniya forumunda deyib.
Onun sözlərinə görə, su infrastrukturunun tətbiqi və modernləşdirilməsi investisiya və əlavə maliyyələşdirmə tələb edir.
Qeyd edək ki, son 10 il ərzində Azərbaycanda su infrastrukturu sferasında bir sıra layihələr reallaşdırılıb. Bu layihələrə Almaniya, Yaponiya, Cənubi Koreya və digər ölkələrdən maliyyə cəlb edilib.
(Tərcümə: Orxan Nəbiyev)