“Azərsu” RİH-lə birgə hərəkətə keçir: sudan qanunsuz istifadə…

“Azərsu” RİH-lə birgə hərəkətə keçir: sudan qanunsuz istifadə…

Su ehtiyatlarından səmərəli istifadənin təmin olunhması, içməli sudan qeyri-qanuni istifadə hallarının aşkarlanması və aradan qaldırılması, su itkilərinin minimuma endirilməsi, israfçılığın qarşısının alınması və yaranmış debitor borcların ödənilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yerli icra orqanları ilə birgə fəaliyyətin təşkili istiqamətində zəruri tədbirlər həyata keçirir.

AzerTimes xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətində keçirilən görüşdə bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev son dövrlər qlobal iqlim dəyişikliklərinin Azərbaycanda da müşahidə olunduğunu bildirib. Qeyd edib ki, ölkə ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin olunması vacib şərtdir və bu işdə yerli icra orqanlarının da üzərinə mühüm vəzifələr düşür.

Azərsu ASC-nin sədr müavini Etibar Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ildə imzaladığı sərəncama əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb və Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında nəzərdə tutulan tətbirlərin icrasını təmin etmək, su itkilərinin, israfçılığın, sudan qanunsuz istifadənin aradan qaldırılması istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kompleks tədbirlərin icrasına başlanıb. Bu məqsədlə Bakı şəhəri və rayonlarının, Sumqayıt şəhəri və Abşeron Rayon İcra Hakimiyyətləri ilə birgə fəaliyyətlərin əlaqələndirilməsi nəzərdə tutulub. Bakı şəhərinin rayonları, Sumqayıt şəhəri, Abşeron rayonu və Bağlar massivi üzrə işçi qrupları yaradılıb və fəaliyyətə başlayb. İlkin araşdırmalar göstərir ki, bir sıra sahibkarlıq subyektləri və fərdi evlərin sahibləri sudan qanunsuz və uçotsuz istifadə edir, bunların yolverilməz olduğu onların diqqətinə çatdırılır və maarifləndirmə işləri aparılır.

Müzakirə olunan məsələlərlə bağlı Abşeron Rayon İcra Hakimiyyətində işçi qrupun yaradılması qərara alınıb. İşçi qrupunda Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ərazi icra nümayəmdələri, Abşeron Sukanal İdarəsinin əməkdaşları təmsil olunacaq.

Teqlər: