“Azərsu” maşını qəza törətdi: ölən var

“Azərsu” maşını qəza törətdi: ölən var

Azərsu ASC-yə məxsus avtomobil piyadanı vuraraq öldürüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində baş verib.

Belə ki, qəsəbələrarası su xətlərinin çəkilməsi ilə əlaqədar ərazidə işləyən ASC-yə məxsus Əliəkbər Şıxıyevin idarə etdiyi avtomobili geriyə hərəkət edən zaman 68 yaşlı Atlas Əsədovanı vuraraq öldürüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir

Teqlər: