“Azərsu” gücləndirilmiş iş rejimində çalışacaq

“Azərsu” gücləndirilmiş iş rejimində çalışacaq

Azərsu ASC qarşıdan gələn 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günündə (qeyri-iş günlərində) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə AzerTimes-a qurumdan bildirilib.

Məlumata görə, bayram günlərində mərkəzi idarə aparatında, regional və yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. Bu məqsədlə “Azərsu”yun sədr müavinləri, departament və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması üçün bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq.

“İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar 955 Zəng Mərkəzinə müraciət etsinlər”, – deyə məlumatda qeyd olunub.

Teqlər: