“Azərsu” bayramda gücləndirilmiş rejimdə işləyəcək

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” Açıq
Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət
göstərəcək.

“Azərsu”dan AzerTimes-a verilən
məlumata görə, bayram günlərində mərkəzi idarə aparatında,
regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq
növbətçilik təmin olunacaq. Bu məqsədlə “Azərsu” ASC-nin sədr
müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik
cədvəli təsdiq olunub.

Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş
günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin
olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək,
qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində
hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı
planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq.

İstehlakçılardan xahiş olunur içməli su təchizatı və
kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu”
ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.

Teqlər: