“Azərpoçt”un sədri bu agentliyin rəhbəri oldu

“Azərpoçt”un sədri bu agentliyin rəhbəri oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri Əfqan Cəlilov vəzifəsindən azad edilib.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, o, nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin olunub.

Ə.Cəlilova müvəqqəti olaraq Agentliyin sədri vəzifəsinin icrası həvalə edilib.

Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyinin keçmiş sədri Arif Məmmədov Prezident İlham Əliyevin oktyabrın 27-də imzaladığı sərəncamla Azərbaycanın Yunanıstandakı səfiri təyin edilib.

Teqlər: