Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə
ittiham olunan “Azərpoçt” MMC-nin 6 saylı Poçt Filialının Müştəri
xidmətləri şöbəsinin sabiq rəisi Eldar Əhmədov azadlığa
buraxılıb.
AzerTimes-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Əhmədov Eldar Camal oğluna 2 il sınaq
müddəti tətbiq edilməklə şərti cəza verilib və o məhkəmə zalından
azadlığa buraxılıb.
Xatırladaq ki, E.Əhmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (
mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli
bilinərək həbs edilmişdi.