Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC poçt xidmətlərilə bağlı yeni layihəyə başlayıb.
MMC-dən AzerTimes-a verilən məlumata görə, Sədərək Ticarət Mərkəzindən alınan məhsulların Bakı və bölgələr üzrə sürətli çatdırılması həyata keçirilir.
Bakıda göndərişlərin çatdırılması gün ərzində, bölgələrə isə 2 günə təmin olunur.
Ölkədaxili ən sürətli və ən sərfəli poçt xidmətlərini təqdim edən “Azərpoçt” MMC yeni xidmət sayəsində vətəndaşların rahatlığını təmin edərək qeyd edilən ticarət mərkəzindən alınan məhsulları (qida və tez xarab olan mallar istisna olmaqla) birbaşa ünvana çatdırır.
Xidmət onlayn (vətəndaşların internet vasitəsilə dükanlardan aldığı məhsullar) sifarişlərə də şamil olunur.