Mayın 9-u Azərbaycanda qeyri-iş günü olsa da vətəndaşların poçt, maliyyə, “postcargo” və digər xidmətlərdən rahat istifadə edə bilməsi məqsədilə “Azərpoçt”un filial və şöbələri xüsusi rejimdə fəaliyyət göstərəcək.
Bu barədə AzerTimes-a “Azərpoçt” ASC-nin mətbuat xidmətindən bildirilib.
Mayın 9-da “Azərpoçt” ASC-nin respublika üzrə fəaliyyət göstərəcək şöbələrin siyahısını təqdim edirik:
1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsi (AZ1000);
09:00-18:00
2 saylı poçt filialının 63 (AZ1063) saylı poçt şöbəsi;
10:00-17:00
2 saylı poçt filialının 124 (AZ1124), 138 (AZ1138), 144 (AZ1144) saylı poçt şöbələri;
09:00-17:00
3 saylı poçt filialının 2, (AZ1002) 40 (AZ1040) saylı poçt şöbələri;
10:00-17:00
4 saylı poçt filialının 44 (AZ1044) saylı poçt şöbəsi;
09:00-17:00
Regionlarda yerləşən müştəri xidməti şöbələri.
10:00-17:00
Qeyd edilən tarixdə zərurət yarandığı halda 1 saylı poçt filialının 66 və 152 saylı poçt şöbələri də əhaliyə poçt-maliyyə xidmətləri göstərə bilər.
Bundan əlavə, zərurətlə əlaqədar yuxarıda göstərilən poçt şöbələrindən əlavə bu tarixlərdə 1 saylı poçt filialı üzrə 1, 3, 7, 8, 20, 21, 25, 33 və 52 saylı, 2 saylı poçt filialı üzrə 9, 17, 53, 54, 73, 83, 111, 114, 117, 122 saylı, 3 saylı poçt filialı üzrə 34, 104, 118, 119, 123, 129, 132, 133, 142 və 149 saylı və 4 saylı poçt filialı üzrə 39, 42,45, 50, 77, 89, 90 və 93 saylı poçt şöbələri fəaliyyət göstərə bilər.