“Azərpoçt” investisiya fəaliyyəti ilə məşğul olacaq

“Azərpoçt” investisiya fəaliyyəti ilə məşğul olacaq

Nazirlər Kabineti “Poçt rabitəsinin milli operatorunun qəbul etdiyi poçt əmanətlərinin və poçt hesablarının qalıq vəsaitlərinin idarə edilməsi üzrə İnvestisiya Strategiyası”nı təsdiq edib.

AzerTimes xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Azərpoçt MMC investisiya fəaliyyəti ilə məşğul olacaq.

Bildirilib ki, poçt rabitəsinin milli operatorunun investisiya portfelini idarə etməsinin məqsədi maliyyə xidmətləri sahəsində nəzarətedici qurumun müəyyən etdiyi prudensial və likvidlik tələbləri təmin edilmək şərtilə investisiya gəlirinin əldə edilməsidir.

Milli operator investisiya portfelini prioritetlik nəzərə alınmaqla təhlükəsizlik, likvidlik və gəlirlilik prinsipləri əsasında idarə edir.

Milli operator investisiya portfelinin idarə edilməsində aktiv-passiv yanaşmasını tətbiq edir.

Teqlər: