Xəbər - Fərid Zöhrabov -Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.
Trend xəbər verir ki, 8 və 9 noyabr tarixlərində Bakı şəhərində yerləşən Mərkəzi Poçt Şöbəsi saat 09.00-dan 18.00-a, 2 saylı poçt filialının 63 (MXŞ) saylı poçt şöbəsi saat 10.00-dan 17.00-a, 124, 138, 144 saylı poçt şöbələri saat 09.00-dan 17.00-a, 3 saylı poçt filialının 2(MXŞ), 40 saylı poçt şöbələri saat 10.00-dan 17.00-a, 4 saylı poçt filialının 44 (Şəbəkə) saylı poçt şöbəsi saat 09.00-dan 17.00-dək işləyəcək.
Bayram günlərində regionlarda yerləşən Müştəri Xidməti şöbələri saat 10:00-dan 17.00-a qədər vətəndaşlara xidmət göstərəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pul köçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.