“Azərpoçt” bayram günlərində də vətəndaşlara xidmət göstərəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan
“Azərpoçt” MMC bayram günlərilə əlaqədar olaraq, növbəli iş
rejimində vətəndaşlara xidmət göstərəcək.

MMC-dən AzerTimes-a bildirilib ki, 19 və 26 mart tarixində
respublika üzrə bütün poçt şöbələri adi iş rejimində işləyəcək.

20, 21, 27 mart tarixlərində yalnız növbətçi poçt şöbələri
fəaliyyət göstərəcək.

• Mərkəzi Poçt Şöbəsi saat 09:00-18:00

• 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat
10:00-17:00

• 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat
09:00-17:00

• 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat
10:00-17:00

• 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat
09:00-17:00

• Regionlarda yerləşən müştəri xidməti şöbələri saat
10:00-17:00

22-25 tarixlərində aşağıda qeyd edilən poçt şöbələri xidmət
göstərəcək.

• Mərkəzi Poçt Şöbəsi 09.00-18.00

• 1 saylı poçt filialının 1, 3, 7, 8, 20, 21, 25, 33, 52, 63,
66, 108 saylı poçt şöbələri saat 10:00-17:00

• 2 saylı poçt filialının 9, 17, 53, 54, 63, 73, 83, 111, 114,
117, 122 saylı poçt şöbələri saat 10:00-17:00

• 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat
09:00-17:00

• 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 129,
132, 133, 142, 149 poçt şöbələri saat 10:00-17:00

• 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat
09:00-17:00

• 4 saylı poçt filialının 39, 42, 45, 50, 77, 89, 90, 93 poçt
şöbələri saat 10:00-17:00

İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı Poçt Filialının 66
və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət
göstərəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində
əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar,
banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər
göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət
haqlarının yığılması təmin ediləcək.

Teqlər: