“Azərpambıq ASK”-nin təşəbbüsü çərçivəsində Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib (FOTO)

Valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlara kömək edilməsi, onların cəmiyyətə gərəkli bir vətəndaş kimi yetişdirilməsi və sosial problemlərinin həllinə dəstək göstərilməsi ölkə rəhbərliyinin ictimai-siyasi və dövlətçilik fəaliyyətində məxsusi yer tutur.

AzerTimes xəbər verir ki, bu xeyirxah missiyanın davamı olaraq “Azərpambıq ASK” MMC-nin təşəbbüsü ilə müqəddəs Qurban bayramı münasibətilə “Uşaqlara qayğı və diqqət ənənəsi uğurla davam etdirilir“ devizi altında xeyriyyə aksiyası keçirilib.

Cəmiyyətin bir qrup əməkdaşı paytaxtın Xətai rayonunda yerləşən 3 saylı uşaq evinə baş çəkərək, müxtəlif şirniyyatlardan ibarət bayram sovqatları ilə uşaqları sevindiriblər.

Teqlər: