“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan
“Azərpambıq ASK” MMC Novruz bayramı münasibətilə
Vətən müharibəsi iştirakçıları və aztəminatlı ailələrə baş
şəkərək, onlara müxtəlif ərzaq məhsullarından ibarət bayram
sovqatları təqdim ediblər.
Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas
istiqamətlərindən biri kimi Vətən Müharibəsində şəhid olmuş
döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbiçilərimizə, eləcə də
aztəminatlı ailələrə göstərilən diqqət və qayğının
davamı olaraq təşkil olunan bu xeyriyyə tədbiri Bərdə,
Tərtər, Biləsuvar və Ağcabədi rayonları üzrə 200 ailəyə
şamil olunub. Sakinlər dövlətimiz tərəfindən göstərilən dəstəyə
görə aksiya iştirakçılarına təşəkkür ediblər.