Azərpambıq ASK” MMC Novruz bayramı münasibətilə xeyriyyə tədbiri keçirib (FOTO)

Xalqımızın milli adət-ənənə və dəyərlərini təcəssüm etdirən,
birlik rəmzi sayılan Novruz bayramı ərəfəsində “Azərbaycan Sənaye
Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərpambıq ASK” MMC
tərəfindən silsilə şəkildə xeyriyyə tədbirləri keçirilir.

Cəmiyyətin əməkdaşları aksiya çərçivəsində K.Ağayev adına
Biləsuvar Şəhər Texniki Fənlər Təmayüllü İnternat Tipli Məktəb
Liseyin 50 nəfər sakininə baş çəkərək, müxtəlif ərzaq
məhsullarından ibarət bayram sovqatını onlara təqdim ediblər.

Uşaqlara bayram sevinci, xoş əhval-ruhiyyə bəxş edən bu tədbir
“Uşaqlara qayğı və diqqət ənənəsi davam etdirilir” şüarı altında
təşkil olunub.

Teqlər: