“Azernews” qəzətinin növbəti sayında Soçi görüşünün yekunlarına həsr edilən analitik məqalə yayımlanıb

Azernews” qəzətinin növbəti sayında Soçi görüşünün yekunlarına həsr edilən analitik məqalə yayımlanıb.

“Azernews” qəzətinin növbəti sayında Soçi görüşünün yekunlarına həsr edilən analitik məqalədə üçtərəfli görüş sonrası qəbul edilən yekun sənədin Azərbaycan-Ermənistan dövlət sərhəddinin delimitasiya-demarkasiyası üçün ilkin hüquqi əsasları müəyyən etməsi və 10 Noyabr bəyənatından doğan tənzimlənmə prosesinin əlahiddəliyini təsdiqləməsi qeyd olunur.

AzerTimes-ın məlumatına görə, məqalədə qeyd olunub ki, sərhəd məsələsinin müəyyənləşdirilməsi üçün yaradılması nəzərdə tutulan ikitərəfli komissiya Bakının maraqlarını təmin edir. Hansı sovet xəritələrindən istifadə olunmasından asılı olmayaraq, Azərbaycan hərbi qüvvələrinin hal-hazırda dislokasiya olunduğu yerlərdən geri çəkilməyəcək.

Kommunikasiya xətlərinin açılmasına dair sənəddə spesifik xarakterli müddəa olmasa da, görüş sonrası ifadə edilən fikirlər və müşahidəçilərin ümumi rəyini nəzərə alsaq, ciddi irəliləyişlərin əldə edildiyini və yaxın zamanlarda görüşün indi bilinməyən mühüm nəticələriniin üzə çıxacağı ehtimalını irəli sürmək olar. Soçi görüşünün nəticələrindən çıxış edərək, dekabrın 15-i Brüsseldə keçiriləcək görüşün predmet hüdudlarının əsaslı şəkildə daraldığını söyləmək olar. Böyük ehtimalla, Brüssel görüşündə 26 noyabr yəkun bəyanatında yer almayan humanitar məsələlərə diqqət yetiriləcək.

Teqlər: