Xəbər - Sədrəddin Ağcayev – Trend:
“Azərmaş” ASC minik avtomobili və avtobus istehsalının yeni xəttini işə salıb.
Bunu Trend-ə Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov deyib.
Onun sözlərinə görə, Hacıqabul sənaye parkında istehsal olunan minik avtomobillərinin qiyməti 17 min manatdan başlayacaq: “Yeni istehsal xəttində Özbəkistanın “UzAvtoSanoat” şirkəti ilə birgə və ABŞ-ın “General Motors” şirkəti ilə əldə olunan sazişə əsasən, “Chevrolet” minik avtomobillərinin, ISUZU oikap və avtobuslarının yığılması həyata keçiriləcək. Oikapların qiyməti 50-70 min, avtobusların qiyməti isə 70-120 min manat arasında olacaq. Yeni xəttin istehsal gücü 5 min “Chevrolet” avtomobilinin və minədək avtobus və pikapın yığılmasına imkan verəcək”.
Assosiasiya sədri bildirib ki, bu avtomobillərin hədəf bazarı Türkiyə olacaq: “Gələcəkdə “General Motors”un razılığı ilə biz Türkiyəyə avtomobil ixrac etməyi planlaşdırırıq”.
E.Axundov əlavə edib ki, Azərbaycanda bu avtomovbillər üçün ehtiyat hissələrin istehsalı ilə bağlı da razılıq əldə olunub.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)