Xəbər - Sədrəddin Ağcayev – Trend:
“Azərkosmos” ASC-nin yeni statusu Azərbaycanda kosmik sahənin, beynəlxalq arenada, həm özəl, həm də dövlət müəssisələri ilə əməkdaşlığın inkişafına təkan verəcək.
Trend-in məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazir Rəşad Nəbiyev Sankt-Peterburqda Beynəlxalq Kosmos Tədqiqatları Konfransında deyib.
O bildirib ki, nazirlik “Azərkosmos” ASC-nin kosmik agentliyə çevrilməsi ilə bağlı statutusunun dəyişməsi məsələsinə xüsusi diqqət ayırır.
Nazirin sözlərinə görə, Azərbaycan mütəxəssislərin iştirakı ilə kosmik xidmətlərin rəqabətqabiliyyətliliyini təmin edə bilib:
“İnanıram ki, bu, innovasiyaları genişləndirməyə və kosmik sahəyə investisiyaları cəlb etməyə imkan verəcək. Ölkəmiz kosmik sahədə yeni xidmətlər yaradır, eləcə də bu xidmətlərin regional bazarlara çıxmasına kömək edir”.
(Tərcümə: Orxan Nəbiyev)
Twitter: agdzhaev