“Azərkosmos”un yeni Nizamnaməsi və strukturu təsdiqlənib

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) publik
hüquqi şəxsin yeni Nizamnaməsi təsdiq edilib.

AzerTimes xəbər verir
ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən qərar imzalanıb.

Qərarla “Azərkosmos” publik hüquqi şəxsin yeni strukturu da
təsdiqlənib.

***

“Azərbaycan Respublikasının Kosmik Agentliyi
(Azərkosmos)” publik hüquqi şəxsin NİZAMNAMƏSİ

1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Azərbaycan
Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi
şəxs
(bundan sonra – Agentlik) kosmik fəaliyyət sahəsində dövlət
siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edən,
bu
sahədə tənzimləməni və nəzarəti, telekommunikasiya, Yer
müşahidə
və digər təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi

istismarı sahəsində ümumdövlət və ictimai əhəmiyyət daşıyan
funksiyaları həyata keçirən, beynəlxalq kosmik layihələrdə
iştirak
edən, müvafiq beynəlxalq təşkilatlarla və xarici dövlətlərin
aidiyyəti
dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə istifadə
sahəsində
(bundan sonra – müvafiq sahə) əməkdaşlıq edən publik hüquqi
şəxsdir.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının
qanunlarını,
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını,
bu
Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər
qərarlarını, həmçinin sərəncamlarını və digər normativ hüquqi
aktları,
habelə Nazirliyin qərar, əmr və sərəncamlarını rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını
həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə,
beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və
fiziki
şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan
fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya
qoyulmuş
məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola
bilər.
4
1.5. Agentliyin müstəqil balansı, mülkiyyətində ayrıca əmlakı,
xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının
Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası
Dövlət
Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və
blankları,
emblemi və loqotipi vardır.
1.6. Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyriəmlak
hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin
vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh
qismində çıxış edə bilər.
1.7. Agentliyin rəsmi adı aşağıdakı kimidir:
1.7.1. tam halda – “Azərbaycan Respublikasının Kosmik
Agentliyi (Azərkosmos)”, qısaldılmış halda – Azərkosmos;
1.7.2. ingilis dilində tam halda – “Space Agency of the
Republic
of Azerbaijan (Azercosmos)”, ingilis dilində qısaldılmış halda

Azercosmos.
1.8. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyətinin istiqamətləri
2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşmasında
iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
2.1.2. müvafiq sahədə tənzimləməni və nəzarəti həyata
keçirmək;
2.1.3. müvafiq sahənin inkişafını təmin etmək;
2.1.4. peyklər və digər kosmik obyektlər əsasında qurulan
sistemlər vasitəsilə Azərbaycan Respublikasının qlobal
informasiya
məkanına inteqrasiyasını genişləndirmək;
2.1.5. kosmik fəaliyyət sahəsində dünyada gedən texnoloji
tərəqqidən Azərbaycan Respublikasının faydalanmasını,
sosialiqtisadi inkişaf, kommersiya, elmi fəaliyyət və dövlət
məqsədləri üçün
müxtəlif peyklərin, kosmik texnika və kosmik vasitələrin əldə
olunmasını, idarə edilməsini və istismara verilməsini təmin
etmək;
2.1.6. dövlət orqanlarının və qurumlarının, yerli özünüidarəetmə
orqanlarının, hüquqi və fiziki şəxslərin müxtəlif təyinatlı
peyk
şəbəkələrinə qoşulma imkanları ilə təmin etmək;
5
2.1.7. Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində
sahibkarlığı təşviq etmək, möhkəmləndirmək və dayanıqlı
inkişafını
dəstəkləmək;
2.1.8. peyklər və peyk sistemləri vasitəsilə peyk rabitəsi,
telekommunikasiya xidmətləri, yüksəksürətli peyk internet
xidməti,
radio və televiziya yayımı, məsafədən qəbuletmə, Yer müşahidə,
zondlama, şəkil çəkmə, kosmik təsvirlər üzrə xidmətləri və digər
növ
peyk xidmətlərini təşkil və təqdim etmək;
2.1.9. telekommunikasiya, Yer müşahidə və digər təyinatlı
peyklərin və digər kosmik obyektlərin layihələndirilməsi,
istehsalı,
kosmik fəzaya, Yer və səma cisimləri ətrafında orbitə
çıxarılması,
səma cisimlərinin səthinə çatdırılması və istismara verilməsi
məqsədilə kosmik aparat, peyk istehsalçısı, buraxılma vasitəsi,
yerüstü sistem və qurğuları, o cümlədən əlaqədar risklərin
sığortalanması məqsədilə sığortaçıları, təkrarsığortaçıları və
sığorta
vasitəçilərini seçmək, yaxud belə işlərin yerinə yetirilməsini
təşkil
etmək;
2.1.10. peyklərdən, peyk sistemləri və yerüstü qurğulardan
səmərəli istifadəni və kommersiya fəaliyyətini təşkil etmək;
2.1.11. kosmik fəzada olan peykləri və onunla əlaqədar olan
yerüstü peyk idarəetmə sistemlərini istismara qəbul etmək;
2.1.12. məsləhət və layihələndirmə xidmətləri daxil olmaqla,
Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda peyk
xidmətlərinin və peyk avadanlıqlarının, proqram təminatlarının
satışını
həyata keçirmək, o cümlədən müvafiq satış şəbəkəsini yaratmaq;
2.1.13. peyk idarəetməsi və istismarı, peyk xidmətləri və
onların
marketinqi, orbital mövqelərin və əlaqədar radiotezliklərin
koordinasiyası, kosmik operatorlarla əlaqələrin tənzimlənməsi
üzrə
kadrların hazırlanmasını təşkil etmək;
2.1.14. müvafiq inkişaf konsepsiyalarında və dövlət
proqramlarında nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi
ilə
bağlı tədbirləri həyata keçirmək.
3. Agentliyin vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə
uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:
6
3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf
konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və
həyata keçirilməsində iştirak etmək;
3.1.2. kosmik tədqiqatların və onların nəticələrinin ölkədə
tətbiq
edilməsinə dair təkliflər hazırlamaq və Nazirliyə təqdim etmək;
3.1.3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə
tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə
Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə
yetirilməsini təmin etmək;
3.1.4. Agentliyin nümayəndəlik və filiallarının, tabeliyindəki
digər
qurumların iqtisadi və maliyyə vəziyyətini təhlil etmək və
onların
fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər
görmək;
3.1.5. Azərbaycan Respublikasında nano-peyklərin (ümumi
çəkisi 10 kiloqramdan artıq olmayan), mikro-peyklərin (ümumi
çəkisi
100 kiloqramdan artıq olmayan), digər növ kiçikhəcmli peyklərin
yığılmasının istehsal güclərini və Yerətrafı aşağı orbitlərə
çıxaran
daşıyıcı xidmətləri yaratmaq, pilotlu kosmik uçuşlara hazırlıq
proqramlarının dünya təcrübəsində sınaqdan keçmiş uyğun
hissələrini tətbiq etmək;
3.1.6. orbital mövqelər üzrə radiotezliklərdən, o cümlədən
plandankənar geostasionar peyk şəbəkələrindən istifadə
hüquqlarını
əldə etmək;
3.1.7. xarici dövlətlərin kosmik agentlikləri və müvafiq sahədə
digər aidiyyəti dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə
istifadə sahəsində və beynəlxalq peyk rabitəsi sahəsində
əməkdaşlıq
etmək, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycan
Respublikasını təmsil etmək;
3.1.8. Azərbaycan Respublikasının kosmik obyektlərinin uçota
alınması üçün tədbir görmək;
3.1.9. dövlət orqanlarının və qurumlarının, yerli
özünüidarəetmə
orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə
fəaliyyətini
əlaqələndirmək;
3.1.10. Agentliyin əqli mülkiyyətini idarə etmək və onun
barəsində sərəncam vermək;
3.1.11. Agentliyin işçilərinin sosial müdafiəsi, əmək
şəraitinin
yaxşılaşdırılması və əməyin mühafizəsi tədbirlərini həyata
keçirmək;
3.1.12. təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə
əlaqədar
malların (işlərin və xidmətlərin) satın alınmasını “Dövlət
satınalmaları
7
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
həyata keçirmək;
3.1.13. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya
ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması,
inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və
elektron
hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan
Respublikası
Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli
Fərmanına
uyğun olaraq təşkil etmək;
3.1.14. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə
“Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında”

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş
qaydada tədbirlər görmək;
3.1.15. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq
normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək,
Agentliyin
əməkdaşlarının əlavə təhsilinin və peşəkarlığının yüksəldilməsi
üçün
tədbirlər görmək;
3.1.16. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və siyahısı
“İnformasiya
əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin
internet saytında yerləşdirilməsini və bu informasiyanın daim
yenilənməsini təmin etmək;
3.1.17. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və
digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə
olunmasını
təmin etmək;
3.1.18. dövlət və kommersiya sirrinin, habelə məxfilik
rejiminin
qorunması üçün tədbirlər görmək;
3.1.19. Agentliyin informasiya təminatını təşkil etmək və onun
təhlükəsizliyini təmin etmək;
3.1.20. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün
tədbirlər görmək;
3.1.21. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq
sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.22. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması
və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və
onların
həyata keçirilməsində iştirak etmək;
3.1.23. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri
yerinə yetirmək.
8
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı
hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul
olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi,
qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi haqqında Nazirliyə təklif
vermək;
3.2.2. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması
məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti
dövlət
orqanları (qurumları) ilə əməkdaşlıq etmək və xarici
dövlətlərin
müvafiq təcrübəsini öyrənmək;
3.2.3. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar
aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.4. kosmik fəaliyyət, o cümlədən peyk, raketdaşıyıcı
texnologiyaları sahələrində əlaqədar qurumlarla, digər hüquqi
şəxslərlə kommersiya və faydalı elmi-texniki əməkdaşlıq
edilməsi,
kosmik sənayenin və kosmik fəaliyyətin nailiyyətlərinin ölkədə
tətbiq
edilməsi, kosmik elm və texnikanın, peyk xidmətlərinin,
informasiya
texnologiyalarının inkişaf etdirilməsi məqsədilə elmi
araşdırmaları
təşviq etmək və dəstəkləmək;
3.2.5. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə
orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar
(sənədlər)
barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri)
almaq;
3.2.6. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək,
təhlillər
və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.7. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə
cəlb
etmək;
3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı
konfranslar,
müşavirələr, seminarlar keçirmək, digər tədbirləri ölkədə və
xaricdə
təşkil etmək;
3.2.9. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara
təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.10. kosmik fəaliyyət sahəsində qabaqcıl texnikanın və
texnologiyanın, idarəetmə təcrübəsinin, maddi və maliyyə
ehtiyatlarının cəlb olunması, kosmik layihələrin həyata
keçirilməsi
məqsədilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda
iştirak
etmək, xarici dövlətlərin aidiyyəti qurumları, kosmik operatorlar

peyk operatorları ilə əməkdaşlıq etmək, kosmik layihələri idarə
etmək;
3.2.11. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.12. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları
həyata keçirmək.
9
4. Agentliyin idarə olunması
4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi
korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Agentliyin idarəetmə orqanı İdarə Heyətidir.
4.3. Agentliyin İdarə Heyəti 3 (üç) üzvdən – Azərbaycan
Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və
vəzifədən azad edilən İdarə Heyətinin sədri və Nazirlik
tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrinin 2
(iki)
müavinindən ibarətdir.
4.4. İdarə Heyəti Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata
keçirir.
4.5. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun
səlahiyyətlərini İdarə Heyəti sədrinin müavini (müavinlərindən
biri),
İdarə Heyəti sədrinin müavini olmadıqda isə İdarə Heyəti
sədrinin
müəyyən etdiyi digər şəxs icra edir.
4.6. Agentliyin İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
4.6.1. Agentliyin fəaliyyətini təşkil etmək və ona nəzarət
etmək;
4.6.2. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün
Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin
maliyyə
hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.6.3. Agentliyin inkişaf istiqamətləri barədə Nazirliyə
təkliflər
vermək, habelə strateji məqsəd və planlarını müəyyən etmək;
4.6.4. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat
cəmiyyətlərinin
yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin
idarə,
filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul
etmək;
4.6.5. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində
nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
4.6.6. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o
cümlədən
maraqların toqquşmasının istisna olunması qaydasını), habelə
Agentliyin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini,
təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
4.6.7. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq
etmək;
4.6.8. bu Nizamnamənin 3.1.17-ci yarımbəndində nəzərdə
tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını
təmin
etmək;
10
4.6.9. Agentliyin strateji məqsədlərinin və planlarının, habelə
büdcəsinin icrasına nəzarət etmək;
4.6.10. Agentliyin əməyin ödənişi fondunu, işçilərin say
həddini
və onların əməkhaqlarının (vəzifə maaşını, vəzifə maaşına
əlavələri,
mükafatları və digər ödənişləri) məbləğini təsdiq etmək, o
cümlədən
Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə
məxsus
digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına
işçilərə
əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;
4.6.11. Agentliyin kənar auditorunu təyin etmək və onun audit
hesabatını qəbul etmək;
4.6.12. kənar auditorun yoxlamalarının, habelə digər
yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.6.13. Agentlikdə daxili audit bölməsinin və ya daxili auditin
vəzifə və səlahiyyətlərini icra edən bölmənin fəaliyyətinə
nəzarət
etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə daxili
auditorları
vəzifəyə təyin və vəzifədən azad etmək;
4.6.14. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin
dəyərinin
25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin)

aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha
çox
hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul
etmək;
4.6.15. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5
faizədək
hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul
etmək;
4.6.16. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.6.17. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar
qəbul etmək;
4.6.18. Agentliyin fəaliyyəti ilə əlaqədar İdarə Heyəti
sədrinin
səlahiyyətlərinə aid edilməyən bütün məsələlər barədə qərar
vermək.
4.7. İdarə Heyətinin sədri ayda azı bir dəfə İdarə Heyətinin
iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin
iclaslarının
keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir.
İdarə
Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə
səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi
olmaqla,
qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul
edilir.
Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.
Səslərin
sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.8. İdarə Heyətinin iclaslarının nəticəsi İdarə Heyəti
üzvlərinin
imzaladıqları protokolla rəsmiləşdirilir.
4.9. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin
iclaslarına
dəvət olunan şəxslərə İdarə Heyətinin iclaslarının keçiriləcəyi yer

11
vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı
3
(üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı
məlumat
verilir.
4.10. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün
maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla
bağlı
maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin
müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak
etməməlidir.
4.11. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti
sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə,
bütün
iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar
qəbul edilə
bilməz.
4.12. Agentliyin İdarə Heyətinin sədri:
4.12.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu
təmsil
edir;
4.12.2. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər
çərçivəsində Agentliyin adından əməliyyatlar aparır,
müqavilələr
bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.12.3. İdarə Heyətinin fəaliyyətini təşkil edir;
4.12.4. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş
aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata
keçirir;
4.12.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası
məcburi
olan daxili sərəncam və əmrlər verir;
4.12.6. özünün və Agentliyin struktur bölmələrinin vəzifəli
şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.12.7. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə
tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.12.8. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi
komitələr və işçi qruplar yaradır;
4.12.9. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və
işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər
struktur
bölmələrinin strukturunu, tabeliyində olan qurumların ştat
cədvəlini və
xərclər smetasını təsdiq edir;
4.12.10. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna
olmaqla Agentliyin, o cümlədən onun idarə, filial və
nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların
işçilərinin (təsərrüfat
cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və
vəzifədən
azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi
tədbirləri görülməsi barədə qərarlar qəbul edir;
12
4.12.11. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə
maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin
verilməsini
əməyin ödənişi fondu çərçivəsində təşkil edir;
4.12.12. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün
təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.12.13. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir
üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin
iclasında
iştirak etməyə dəvət edir;
4.12.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin

məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların
mühafizəsi üçün zəruri tədbirlər görür;
4.12.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını
təmin edir;
4.12.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların
qəbulunu təmin edir.
4.13. Agentliyin İdarə Heyətinin üzvləri:
4.13.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin
həllində
iştirak edir;
4.13.2. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun
iclaslarında baxmaq barədə təkliflər verir;
4.13.3. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması
nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olur;
4.13.4. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir
bildirir;
4.13.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və
digər
sənədlərlə tanış olur.
4.14. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan
məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl
gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər,
həmçinin
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə
müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
5. Agentliyin nizamnamə fondu, əmlakı və
maliyyə fəaliyyətinin əsasları
5.1. Agentliyin nizamnamə fondunun məbləği 272605880 (iki
yüz yetmiş iki milyon altı yüz beş min səkkiz yüz səksən)
manatdır.
5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi
əmlakdan, peyk xidmətlərindən əldə olunan vəsait,
fəaliyyətindən
əldə olunmuş digər gəlirdən, ianələrdən, qrantlardan, cəlb
edilən
13
investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən
formalaşır.
5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən
olunmuş məqsədlərə və fəaliyyət istiqamətlərinə uyğun istifadə
edir.
Agentlik balansında olan dövlət əmlakına münasibətdə
səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli
istifadə
edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası
Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə
müəyyən
edilmiş qaydada həyata keçirir.
5.4. Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər
məcburi ödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial

nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların
fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam
vermək
hüququna malikdir.
5.5. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan
məqsədlər üçün yalnız Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
qərarı ilə dövlət büdcəsinə köçürülür.
5.6. Agentliyin məhsullarının (malların, işlərin, xidmətlərin)
qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.
6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının
Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti,
Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada
Agentliyin İdarə Heyəti həyata keçirirlər.
6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə
təqdim
edilir.
7. Agentlikdə uçot və hesabat
7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən
edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq
tərtib
edərək aidiyyəti üzrə təqdim edir və dərc edir.
14
7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib

təqdim edir.
7.3. Agentlik idarə, filial və nümayəndəliklərinin, habelə
tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılmasını təmin edir.
7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması
üçün
kənar auditor cəlb edir.
8. Agentliyin ləğvi və yenidən təşkili
8.1. Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir.

Teqlər: