“Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlanıb

2022-ci ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən
dünyanın 31 ölkəsinə 6,2 milyon dollar dəyərində xidmət (peyk
telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac
edilib.

AzerTimes-ın İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın
aprel sayına istinadən məlumatına görə, “Azərkosmos” ASC-nin xidmət
ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini
təşkil edib. 2022-ci ilin mart ayında isə “Azərkosmos” ASC dünyanın
30 ölkəsinə 2,1 milyon dollar dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya
və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 1,6 milyon
dollar ilə Birləşmiş Krallıq, 1,1 milyon dollar ilə Fransa, 1,1
milyon dollar ilə Lüksemburq, 0,6 milyon dollar ilə BƏƏ və 0,4
milyon dollar ilə Pakistan qərarlaşıb.

Teqlər: