Saməddin Əsədov “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin İdarə heyətinin sədri vəzifəsinə təyin edilib.
Agentlikdən AzerTimes-a verilən məlumata görə, Saməddin Əsədov 2014-cü ildən 2021-ci ilin iyun ayına kimi “Azərkosmos”da Maliyyə departamentinin direktoru vəzifəsində işləyib.
2011-2014-cü illərdə “Azərkosmos”da müxtəlif vəzifələrdə çalışıb. 2007-2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsində çalışıb. 2020-ci ildən təhsilini ADA universitetində “Executive Education” və “Duke University’s Fuqua School of Business-in Adaptive Strategic Execution Program” üzrə təhsilini davam etdirir. 2013-cü ildə ADA universitetinin “Executive Education” və “Maastricht School of Management” Strateji İdarəetmə üzrə ixtisasartırma proqramının məzunu olub. 2008 – 2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə magistr dərəcəsini bitirib. 2002-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə bakalavr dərəcəsi alıb.