Azərkosmos və İsveçrənin “Signalhorn” şirkəti arasında
əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən “Signalhorn”
“Azerspace-1” peykinin C diapazonu vasitəsilə Afrika regionundan
olan müştərilərinə xidmət göstərəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AzerTimes-a bildirilib
ki, Azərkosmos və “Signalhorn” “iDirect” peyk rabitə
platformasından istifadə etməklə Afrikada humanitar yönümlü
layihələrdə genişzolaqlı peyk xidmətləri və çoxsaylı peyk
tətbiqləri təqdim edəcək.
“Siqnalhorn” ilə əməkdaşlığımız Afrika regionundakı mövqeyimizi
daha da gücləndirəcək, qabaqcıl, etibarlı və çevik həllərimiz yeni
layihələrə yol açacaq”, – deyə Azərkosmosun baş kommersiya
direktoru Mark Qusriye bildirib.
“Yeni müqavilə iki şirkət arasındakı davamlı əməkdaşlığı təmin
edəcək və Afrikada “Azerspace-1” peykindən istifadə edənlərin sayı
artmış olacaq. Biz tərəfdaşımız Azərkosmosla birgə xidmətimizin
etibarlılığına tam əminik”, – deyə “Signalhorn”un baş kommersiya
direktoru Nigel Gibson qeyd edib.
Qeyd edək ki, “Signalhorn” şirkəti qlobal miqyasda şəbəkə
xidmətləri və kommunikasiya həlləri üzrə 40 ildən çox təcrübəyə
malikdir.