“Azərkosmos” azad edilmiş ərazilərdə mindən çox yaşayış məntəqəsinin monitorinqini keçirib (FOTO)

Xəbər - Sədrəddin Ağcayev – AzerTimes:

Azərbaycan Kosmik Agentliyi azad edilmiş ərazilərdə mindən çox yaşayış məntəqəsinin monitorinqini keçirib.

AzerTimes-in məlumatına görə, bunu “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin İdarə heyətinin sədri Saməddin Əsədov “GoMap” elektron xəritəsində Azərbaycan toponimlərinin bərpası layihəsinin təqdimat mərasimində deyib.

“Azərbaycanda kosmik sahəsinin inkişafı rəqabətqabiliyyətli layihələri reallaşdırmaq imkanı verir. Bu gün biz üç peykə malikik və onlar bizə müəyyən əraziləri müşahidə etməyə, və IT layihələr həyata keçirməyə imkan yaradır. Layihə çərçivəsində Azərbaycanın azad edilmiş ərazilərində mindən çox yaşayış məntəqəsinin monitorinqi keçirilib”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: