“Azəristiliktəchizat”ın Çağrı Mərkəzi fəaliyyətini dayandırır

“Azəristiliktəchizat”ın Çağrı Mərkəzi fəaliyyətini dayandırır

Sabahdan başlayaraq 2 gün ərzində “Azəristiliktəchizat” ASC-nin 956 Çağrı Mərkəzinin və istilik haqlarının ödəniş sistemlərində müvəqqəti fasilə yaranacaq.

Bu barədə AzerTimes-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, buna səbəb abonentlərə göstərilən xidmət keyfiyyətinin artırılması məqsədilə texniki təkmilləşdirmə və profilaktika işlərinin aparılmasıdır.

Abonentlər üzləşdikləri çətinliklərlə bağlı Cəmiyyətin rəsmi internet səhifəsinə, elektron ünvanına, “Azəristiliktəchizat”ın rəsmi sosial media hesablarına müraciət edə bilərlər.

Teqlər: