Azərişıq ASC-nin əməkdaşı dirəkdən yıxılaraq ölüb.
AzerTimes xəbər verir ki, Balakən şəhər sakini, 1961-ci il təvəllüdlü Ömər Şərəfəddin oğlu Ustayev işıq dirəyindən yıxılaraq çoxsaylı sınıq xəsarətlrəi alıb.
O, xəstəxanaya yerləşdirilib tibbi yardım göstərilsə də, aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölən şəxs Azərişıq ASC-nin əməkdaşı olub.