Xırdalan yarımstansiyasında baş verən qəza ilə bağlı “Azərişıq”
ASC açıqlama yayıb.
ASC-dən AzerTimes-a daxil olan məlumatda deyilir:
“Bu gün günorta saatlarında Xırdalan yarımstansiyasında
qısaqapanma nəticəsində qəza baş verib və qəza nəticəsində ərazidə
elektrik enerjisi təchizatında problem yaranıb. Hadisədən dərhal
sonra əraziyə qəza xidməti cəlb edilib və qısa zamanda qəzanın
nəticələri aradan qaldırılıb. Bu müddət ərzində isə alternativ
xətlə abonentlərin elektrik enerjisi təchizatı bərpa edilib”.