Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə
həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin
elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində
qarşıya qoyulan tədbirlərin icrası uğurla davam edir.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xaçmaz rayonunda
aparılan yenidənqurma işləri deyilənlərin bariz nümunəsidir. Son
günlər rayonda elektrik təsərrüfatının yenilənməsi istiqamətində
işlər daha da sürətləndirilib. 2021-2022 ci illərdə 5 kənddə köhnə
transformator məntəqələri, yararsız kabellər, çürümüş ağac dayaqlar
və sayğaclar yeniləri ilə əvəz olunub. Hazırda bu istiqamətdə işlər
Xaçmaz şəhərinin müxtəlif ərazilərində eləcədə Həsənqala, Yergüc,
Armudpadar, Üçgünqışlaq, Sərkərli, Əhmədoba, Yaquboba, Yeni Həyat
və digər kəndlərdə davam etdirilir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli
Məclisin deputatı Sevil Mikayılova və “Azərişıq” ASC-nin sədrinin
baş müşaviri Toğrul Rəhimov Həsənqala kəndində aparılan
yenidənqurma işləri ilə tanış olub. “Yeni kəndlər” layihəsi
çərçivəsində “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xaçmaz
rayonunda görüləcək işlər barədə məlumat verilib. Qeyd olunub ki,
ilin sonunadək Xaçmaz rayonunda ilkin mərhələdə 25 yaşayış
məntəqəsində elektrik təsərrüüfatı yenidən qurulacaq.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərlə söhbət
zamanı bildirib ki, yaşayış məntəqələrində qaz, işıq və su ilə
təchizatının yaxşılaşdırılması istiqamətində işlər bundan sonrada
davam etdiriləcək.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.