Azərişıq ölkənin şimal bölgəsində yenidənqurma işləri görür

Azərişıq ölkənin şimal bölgəsində yenidənqurma işləri görür

“Azərişıq ASC” Şimal RETSİ (Regional Enerji Təchizatı və Satışı İdarəsi), Şabran Elektrik Şəbəkəsində əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədi ilə bir çox işlər görüb.

Şabran rayonunun elektrik enerjisi ilə təmin edən 110/10 kV-luq 2×16 MVA gücündə “Rəhimli” yarımstansiyası əsaslı şəkildə yenidən qurularaq gücləndirilib, 2 ədəd əlavə 35 kV-luq yarımstansiya tikilib istifadəyə verilib.

Şabran rayonunun Pirəbədil kəndində yerləşən ümumilikdə 6 kəndi elektrik enerjisi ilə təchiz edən 35/10 kV-luq, “Pirəbədil” yarımstansiyasında hazırda əsaslı və yenidənqurma işləri aparılır. Həmçinin rayonun 17 kəndində yenidənqurma işləri aparılaraq kabelləşmə başa çatmış, güc mərkəzləri yaradılmaqla yeni transformatorlar quraşdırılmışdır.

Şimal RETSİ, Xaçmaz Elektrik Şəbəkəsində də geniş miqyaslı işlər görülür. 2020-ci ilin 6 ayı ərzində yenidənqurma işləri ilə əlaqədar Xaçmaz rayonu Müşkür kəndində, Xaçmaz şəhəri 21,25 və 61-ci məhəllələrdə müasir tipli transformator məntəqələri quraşdırılıb, yeni kabellər çəkilib, yeni dəmir beton və ya metal dayaqlar basdırılıb.

Xaçmaz rayonu Maqsudkənd adlanan ərazidə yararsız dayaqlar yenisi ilə əvəz olunub, yeni kabellər çəkilərək abonentlər fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Həmçinin Xaçmaz Elektrik Şəbəkəsi üzrə 60-dan çox transformator məntəqəsində cari təmir işləri görülüb.

Şimal RETSİ, Quba Elektrik Şəbəkəsi xüsusilə ucqar dağ kəndlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədi ilə yeni güc mərkəzləri istifadəyə verir.
Rayonun Kuncuq kəndi ərazisində bu ilin iyun ayında 35/0,4 kV-luq 100 kVa gücündə transformator məntəqəsi quraşdırılaraq istismara verilib.

Bundan başqa Rayonun Qam-Qam kəndi ərazisində şəbəkələrin perspektiv inkişafı istiqamətində görüləcək işlərlə əlaqədar 35/10 kV gücü 4 MVA gücündə olan yeni “Rustov” yarımstansiyasının tikintisinə başlanılıb. Həmin yarımstansiyanın istismara verilməsi ilə mövcud 10 kV-luq Rustov HX hava xətti 3 hissəyə bölünəcək, ümumilikdə 13 min sakinin elektrik enerjisi ilə təchizatı dayanıqlı və keyfiyyətli olacaq.

Digər tərəfdən Əsparəsti və Qorxmazoba kəndlərinin qidalanması da yeni inşa ediləcək “Rustov” yarımstansiyasından olacaq. Bununla da Pirvahid hava xəttinin uzunluğu 4,2 km qısaldılacaqdır.

500 dən çox sakinin yaşadığı Qubanın Caqacuq kəndinində də elektrik enerjisi şəbəkəsi tamailə yenilənir. Yararsız naqil və dayaqlar yeni beton dayaq və kabellərlə əvəz olunur, yeni müasir tipli elektrik sayğacları quraşdırılır.