Azərişıq gücləndirilmiş iş rejiminə keçir

Azərişıq gücləndirilmiş iş rejiminə keçir

Azərişıq ASC Qurban bayramı günlərində istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbilər həyata keçirib.

“Azərişıq”ın mətbuat xidmətindən verilən məlumata görə, baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə qəza xidmətləri fəaliyyət göstərir. Abonentlər bayram günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan onlayn qaydada ödəyə bilərlər. Bunun üçün azərişıq.az saytında müvafiq bölməyə daxil olunmalıdır.

“Smart” sayğacdan istifadə edən istehlakçılara da tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar.

Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal “199” Çağrı Mərkəzinə və rəsmi facebook, instaqram səhifələrinə müraciət edə bilərsiniz. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.