Xəbər - Samir Əli – Trend:
Bakıda “Azərişıq”Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının vaksinasiyasına başlanıb.
AzerTimes-ın məlumatına görə, bu məqsədlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzinin (TƏBİB) 10 tibbi briqadası prosesə cəlb edilib.
Azərişıq”ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Aydınoğlu jurnalistlərə açıqlamasında bildirib ki, ilkin mərhələdə qurumun 40-50 yaş arası əməkdaşlarının peyvənd olunmasına başlanıb: “Prosesin 4 gün davam etməsi nəzərdə tutulur. İlk gün 200 nəfərin vaksin olunması gözlənilir. Sonrakı günlərdə də vaksinasiya davam edəcək. 4 gün ərzində 1000 nəfərə yaxın əməkdaşımız peyvənd olunacaq. Vaksinasiya könüllülük əsasında həyata keçirilir. 4 gün ərzində Bakı və Bakı ətrafı ərazilərdə olan əməkdaşımız vaksin ediləcək. Növbəti mərhələdə isə “Azərişıq”ASC-nin bölgələrdəki əməkdaşları da peyvənd ediləcək. Proses könüllü müraciət əsasında həyata keçiriləcək. Əməkdaşlarımız peyvənd olunmaqla bağlı müraciət etdiyi təqdirdə vaksin ediləcək”.
V.Aydınoğlu bildirib ki, qurumun 50 yaşdan yuxarı əməkdaşları da vaksin olunacaq: “Bu yaş həddində olan əməkdaşlarımız da həmin 4 gün ərzində müraciət edib vaksin oluna bilərlər. Proses könüllülük prinsipi ilə həyata keçirildiyi üçün onlar bununla bağlı müraciət etməlidirlər”.