“Azərişıq” ASC tariflərin bahalaşması ilə bağlı Tarif Şurasına müraciət etməyib

Xəbər - Samir Əli – Trend:

“Azərişıq” ASC ölkədə elektrik enerjisinin tariflərinin bahalaşması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Bunu AzerTimes-a açıqlamasında “Azərişıq” ASC sədrinin müşaviri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, elektrik enerjisinin ölkədaxili tariflərinin artırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bəzi KİV-lərdə və sosial şəbəkələrdə elektrik enerjisi tariflərinin artırılması ilə bağlı məlumatlar yayılıb və bu məlumatlar həqiqəti əks etdirmir. “Azərişıq” elektrik enerjisi tariflərinin artırılması üçün Tarif (qiymət) Şurasına müraciət etməyib”.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə və sosial şəbəkələrdə Tarif (qiymət) Şurası tərəfindən elektrik enerjisi tariflərinin artırılması ilə bağlı məlumatlar yayılıb. Məlumatda deyilirdi ki, Tarif Şurasnın qərarı ilə hər kVt/s elektrik enerjisinin qiyməti 14 qəpik olacaq.

Xatırladaq ki, hazırda əhali qrupu abunəçilər üçün 300 kVt/s-a qədər 7 qəpik, 300 kVt/s-dan artıq isə 11 qəpikdir. Qeyri əhali qrupu üçün isə qiymət hər kVt/s üçün 11 qəpikdir.

Teqlər: