“Azərişığ”ın yeni idarəsi ilə bağlı qərar

“Azərişığ”ın yeni idarəsi ilə bağlı qərar

Nazirlər Kabineti 14 may 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərişıq” ASCnin strukturu”nda dəyişiklik edib.

AzerTimes xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi və Qobustan Rayon Elektrik Şəbəkəsinin yerinə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi, Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi (Sumqayıt) yaradılıb və onun tərkibində Sumqayıt, Xızı, Qobustan rayon elektrik şəbəkələri və Bağlar elektrik şəbəkəsi daxil edilib.

Bundan başqa, Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şuşa) yaradlıb ki, onun tərkibinə Şuşa, Xocavənd, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Cəbrayıl rayon və Xankəndi elektrik şəbəkəsidaxil edilib.

Teqlər: