“Azərişığ”ın əməkdaşı faciəli şəkildə öldü

“Azərişığ”ın əməkdaşı faciəli şəkildə öldü

Bakıda Azərişıq ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.

AzerTimes lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, S.Qocayev küçəsində baş verib.

Sabunçu rayon İşıq İdarəsinin elektriki 47 yaşlı Emin Mirzə oğlu Hüseynovu işıq dirəyində iş görən zaman cərəyan vurub.

Hadisə nəticəsində o, yerindəcə keçinib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Teqlər: