Xəbər - Samir Əli – Trend:
“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev Tarif Şurasının qərarı ilə bağlı açıqlama verib.
AzerTimes-ın məlumatına görə, Baş direktor bildirib ki, Tarif Şurasının tarif tənzimlənməsinə dair qərarı ilə bağlı çoxsaylı suallar ünvanlanır: “Qərarda hər şey açıq şəkildə göstərilsə də, görünən budur ki, bəzi məqamlara aydınlıq gətirmək zərurəti var. Bu baxımdan, bu gün saat 17:45-də “Facebook” üzərindən canlı yayımım olacaq. Tariflə bağlı sizi maraqlandıran bütün suallara aydınlıq gətirməyə çalışacam. Aydınllq gətirək ki, qaranlıq mətləblər qalmasın”.