Xəbər - Samir Əli – Trend:
“Azəriqaz” İstehsalat Birliyi Bakının Yasamal rayonunda “Alov Qüllələri”nin qarşısındakı qaz partlayışına münasibət bildirib.
Qurumun Mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev AzerTimes-a açıqlamasında bildirib ki, partlayış məşəldə baş verib.
“Bakı şəhər İcra Hakimiyyətinin məşələ nəzarət edən əməkdaşları orada təmir işləri apararkən ehtiyatsızlıqdan baş verən sızma nəticəsində partlayış olub.
Nəticədə icra hakimiyyətinin iki nəfər işçisi xəsarət alıb,”- qurum rəsmisi bildirib.
E.Vəliyev bildirib ki, hadisə sayğacdan sonrakı xətdə baş verib: “Sayğacdan sonrakı xəttə isə “Azəriqaz” ASC nəzarət etmir. Yəni hadisə məşələ qədər olan hissədə deyil, məşəlin içindəki xətdə olub”.