“Azəriqaz” İstehsalat Birliyi daha bir yeniliyin tətbiqinə start
verdi.
Abonentlər əvvəllər istehlak etdikləri təbii qaza görə yaranan
borcu azeriqaz.az saytına daxil olaraq yalnız bildiriş
şəklində görə bilirdilər. Yeni tətbiqdən yararlanmaqla abonentlər
onlara lazım olan bir sıra məlumatları birliyin 104/185 çağrı
mərkəzinə zəng etmədən özləri də biləcəklər.
Bunun üçün azeriqaz.az saytına daxil olaraq borcunu və limitini
öyrən pəncərəsinə keçid etmək lazımdır.
Abunəçi kodu və ya sayğac nömrəsini qeyd edərək “borcunu öyrən”
düyməsinə klik edir. Abonent bu səhifəyə daxil olduqdan sonra son
ödəniş tarixi, son ödəniş məbləği Tarif Şurasının təbii qazdan
istifadə tarifləri haqqında məlumatı, cari il ərzində abonentin
təbii qazdan hansı limit tarifindən istifadə etdiyi, növbəti limit
mərhələsinə keçid edəcəyinə dair bir sıra bütün lazimi məlumatlarla
tanış ola bilər.