Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Ruslan Əliyevin vəzifədən azad edildiyi haqda yayılan məlumat 4 gündür ki, təsdiq və ya təkzib edilmir.
AzerTimes xəbər verir ki, Ruslan Əliyevi artıq müavinlərindən birinin əvəz etdiyi barədə məlumat da yayılıb. Buna baxmayaraq, “Azəriqaz” İB və SOCAR yayılan informasiyanı şərh etməyib.
“Azəriqaz” İB-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə bu məlumatların hələlik təsdiqini tapmadığını, onda hazırda bununla bağlı hər hansı rəsmi informasiyanın olmadığını bir daha təkrarlayıb.