“Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyevin vəzifəsindən azad edildiyi bildirilir. Məlumata görə, Ruslan Əliyevin səlahiyyətləri müavinlərindən birinə tapşırılıb.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyev isə məsələ ilə bağlı məlumatının olmadığını bildirib.