“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

SOCAR “Azəriqaz” İstehsalat Birliyi Ramazan bayramı ilə əlaqədar
2 və 3 may tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək.

İB-dən AzerTimes-a bildirilib ki, bayram günlərində istehlakçıların
təbii qazla fasiləsiz təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında
təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı
sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən
zəruri tədbirlər həyata keçiriləcək.

Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 104/185 Çağrı
mərkəzinin fəaliyyəti gücləndiriləcək, Bayram günlərində Bakı
Regional Qazın Satışı Departamentinin (BRQSD) Müştəri xidməti
şöbəsi 25 nəfər mühəndis heyəti ilə Abşeron, Mərdəkan, Qaradağ,
Sabunçu xidmət sahələrində və BRQSD-nın inzibati binasında
vətəndaşlara xidmət göstərəcəklər.

Abonentlər qaz təsərrüfatına dair onları narahat edən hər hansı
məqam olarsa, 104/185 “Çağrı Mərkəzi”nə zəng edə, 077 3 104 104
saylı “Whatsapp” nömrəsinə isə yazmaqla məlumat verə bilərlər.

Teqlər: