“Azəriqaz” hava şəraiti ilə bağlı ərazilərin qaz təchizatını nəzarətə götürdü

Xəbər - Samir Əli – Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları çalışırlar ki, heç yerdə qaz təchizatında dayandırma olmasın.

“Azəriqaz” İstehsalat Birliyindən AzerTimes-a verilən məlumatda bildirilir ki, dünəndən etibarən ölkədə hava şəraiti kəskin şəkildə dəyişib: “Xüsusən də dağlıq rayonlarda şaxtalı hava müşahidə olunur. Bəzi qısamüddətli fasilələr isə bizdən asılı olmayan qəza hallarından irəli gələrək baş verib.

Ümumilikdə, şəbəkəyə qəbul olunan qazın həcmində də artım var. Təkcə fevral ayının 17-də əhali abonentləri üzrə 32 milyon kubmetrə yaxın qaz qəbulu olub. Ötən ilin eyni günü ilə müqayisədə artım 2,6 milyon kubmetrə bərabərdir. Deməli, təlabat var və bu da sonda sərfiyyatın artımı anlamına gəlir. Abonentlərimizi əvvəlcədən məlumatlandırmaq borcumuzdur”.

“Azəriqaz” abonentlər bir daha qaz təchizatında hər hansı problemlə üzləşdikləri halda, 104/185 saylı Çağrı Mərkəzinə, (+99477) 3 104 104 saylı “Whatsapp” nömrəsinə, Birliyin rəsmi “Facebook” səhifəsinə yazmağı xahiş edir.

Teqlər: