Aprelin 5-də saat 16.30 radələrində “Azəriqaz” İstehsalat
Birliyində çilingər vəzifəsində işləyən Bakı şəhər sakini Ağamirzə
Vəliyev döyülməsi ilə bağlı Nəsimi RPİ-nin 20-ci PB-yə müraciət
edib.
DİN-in Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov
AzerTimes-ın sorğusuna cavab olaraq bildirib ki, o, Bakı şəhəri Nəsimi
rayonu 3-cü Alatava küçəsindəki evlərdən birinə gələrək həmin
ünvanda qaz sayğacında nasazlıq yarandığından yenisi ilə əvəz
edilməsinin vacib olmasını ev sahibinə bildirib.
Qaz sayğacını əvəz edən zaman A.Vəliyev və ev sahibi Ədalət
Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zamanı ev sahibi onu
nalayiq ifadələrlə təhqir edərək başı ilə alın nahiyyəsindən 2 dəfə
baş zərbəsi endirib.
Nəticədə A.Vəliyev yerə yıxılaraq baş nəhiyyəsindən xəsarət
alıb. O, hadisədən sonra xəstəxanaya müraciət edib və tibbi
müayinədən keçməklə, polis bölməsi tərəfindən xəsarət dərəcəsinin
müəyyən edilməsi məqsədi ilə ekspertizaya göndərilib.
A.Vəliyevi döyüb bədən xəsarəti yetirən Bakı şəhər sakini,
əvvəllər Cinayət Məcəlləsinin 128-ci və 263.1-ci maddələri ilə
cinayət məsuliyyətinə cəlb edilən Ədalət Hüseynov Nəsimi RPİ
əməkdaşları tərəfindən saxlanılaraq İstintaq şöbəsinə təhvil
verilib və barəsində CM-nin 221.1-ci maddəsi ilə cinayət işi
başlanaraq həbs edilib.